Bazarda boşluq var, bəs boşluqda bazar varmı?
Əksər bazarlar izdihamlı olur. Çoxlu sayda satıcılar eyni müştərilərin arxasınca düşür. Bu satıcılar arasında rəqabət mənfəətliliyi azaldır. Bazar boşluğu cazibədar sağlam mənfəət imkanları vəd edən yeni məhsul (xidmət) və ya bazar seqmentidir. Bazarda boşluq var, bəs bu boşluqda mənfəət yaratmaq üçün kifayət qədər biznes varmı? - əsas sual budur.
Araşdırma haqqında
Bazara giriş və bazar imkanları araşdırmamız xüsusilə iki istiqamət üçün nəzərdə tutulmuşdur:
- Yeni biznesə başlamaq istəyənlər üçün, biznes planlarının tərkib hissəsi olaraq
- Yeni bazarlara girmək istəyən mövcud şirkətlər üçün
Bazara giriş və bazar imkanları araşdırması geniş mənada bazar zəkası (Market Intelligence) , alıcı zəkası (Customer İntelligence) və rəqib zəkasını (Competitor İntelligence) əhatə edir.
Bazar zəkası (Market Intelligence) – Dəqiq və inamlı qərar qəbul etmək üçün şirkətin daxil olacağı və ya fəaliyyət göstərdiyi bazarın imkanları, penetrasiyası, inkişaf göstəriciləri və s. haqqında məlumatların toplanması və analiz olunmasıdır.
Rəqib zəkası (Competitor İntelligence) – rəqabət mühiti, rəqiblərin fəaliyyəti, rəqib məhsullar və s. haqqında məlumatların toplanması və analiz olunmasıdır.
Alıcı zəkası (Customer İntelligence) daha dərin və effektiv müştəri əlaqələri yaratmaq üçün alıcılar - onların profili, fəaliyyətləri, davranışları, ehtiyacları və s.haqqında məlumatların toplanması və analizidir.
Araşdırmanın məzmunu və əsas faydaları
Şirkətlər yeni bazara girmədən əvvəl aşağıdakıları bilməlidir:
- Bazarın mövcud vəziyyəti və bazar imkanları
- Bazar təhdidləri, bazarın böyüməsi və bazar trendləri
- Rəqabət mühiti
- Təchizat zəncirinin strukturu
Yeni bazarlara daxil olmaq qərarı verərkən bazarın mövcud vəziyyətinin və bazar imkanlarının öyrənilməsi şirkətə bazarın xəritəsini çəkməyə imkan verir. Bazar imkanlarının öyrənilməsi dedikdə aşağıdakılar nəzərdə tutulur:
- Bazar həcminin və marka bazar paylarının ölçülməsi
- Bazar seqmentlərinin və seqmentlər üzrə bazar paylarının qiymətləndirilməsi
- Satış, seqmentlər və mövqelənmə baxımından bazar boşluğu
- Bazarın ehtiyacları, ödənilməyən ehtiyaclar