Bimpact müştərilərinə marketinq və biznes araşdırmaları, menecment konsaltinqi və data analitikası üzrə həllər təklif edən Azərbaycan şirkətidir. Biz müştərilərimizə performanslarını yüksəltmək, taktiki və strateji hədəflərinə çatmaq, bizneslərini yenidən kəşf etmək üçün kömək edirik. Müştərilərimizin biznes problemlərini həll etmək üçün ən müasir araşdırma və təhlil metodları ilə əldə etdiyimiz insaytlardan istifadə edərək mənfəətli biznes həllər təklif edirik. Bimpact adı “Business impact” - dən yaradılmışdır və bizim qlobal səviyyədə bizneslərə, təşkilatlara və iqtisadiyyata müsbət təsir etmə arzumuzu özündə əks etdirir.