İnsanların ehtiyaclarını ödəmək və bu yolda mənfəət əldə etmək marketinqin başlıca vəzifəsidir. Ancaq, insanların ehtiyacları fərqlənir və onları ehtiyaclarını təmin etmək fərqli yanaşmalar tələb edir. Ehtiyacları müəyyən etmək və müştəri qrupları arasında fərqləri aşkar etmək marketinqin qəlbidir.
Araşdırma haqqında
Müştəri və onlara uyğun məhsul qruplarının əsasını təşkil edən ümumi faktorlar yaş, ehtiyaclar, davranışlar, gəlir səviyyəsi və s. dir. Seqmentasiya bu oxşarlıqları müəyyən etmək və onlara xitab edəcək marketinq strategiyası hazırlamaq elmi və incəsənətidir. Bu oxşarlıqların müəyyən olunması da məhz yaxşı səviyyədə dizayn olunmuş marketinq araşdırması ilə mümkündür. Seqmentasiya araşdırmaları sorğu üsulu ilə həyata keçirilir. Data sorğu vasitəsilə toplandıqdan sonra müxtəlif statistik metodların köməyi ilə analiz olunaraq ən praktiki və stabil modellər müəyyən edilir. Seqmentasiya metodlarının hamısı çoxdəyişənlidir, yəni, müxtəlif dəyişənlər eyni anda analiz olunaraq nəticə çıxarılır. Nəticələrin alınması üçün xüsusi statistik proqram paketlərindən (SPSS və s.) istifadə olunur.
Araşdırmanın məzmunu və əsas faydaları
Seqmentasiya (araşdırması) nə üçün lazımdır?
- Alıcılar tələbatlarına uyğun hazırlanmış əmtəə və xidmətləri almağa meyl edir
- Şirkətlər seçici olmalı və bazarın onlar üçün ən mənfəətli olacaq hissələrini təqib etməlidir
- Bəzi şirkətlərin bazarın spesifik hissəsinə xidmət etməkdə rəqabət üstünlüyü ola bilər
- Seqmentasiya innovasiyanı təşviq edir. Haradakı seqmentin tələbatları adekvat qarşılanmır, seqmentasiya bazarın nə istədiyini müəyyən etmə mexanizmi olaraq səyləri bu boşluğu doldurmağa yönəldir.
Bazar müxtəlif yollarla seqmentləşdirilə bilər, sadədən başlayıb mürəkkəbə qədər. Təklif etdiyimiz əsas seqmentləşdirmə növləri aşağıda şərh olunmuşdur.
- Davranış əsaslı seqmentasiya
- Münasibət və ehtiyac əsaslı seqmentasiya
- Coğrafi seqmentasiya
- Demoqrafik seqmentasiya
- Firmaoqrafiya və biznes seqmentasiyası
- Hibrid seqmentasiya