Yeni məhsulların inkişaf etdirilməsi əhəmiyyətli dərəcədə investisiya tələb edir. Bu səbəbdən, yeni məhsula müştəri reaksiyalarının yoxlanılması, məhsulun qəbul edilməsi və ya imtina olunması ehtimalının ölçülməsi bazar araşdırmasının önəmli tətbiqlərindəndir.
Araşıdrma haqqında
Bazar araşdırması doğru şəkildə istifadə olunduğu halda yeni məhsul və ya xidmətin uğursuz olma riskini azaldır. Digər tərəfdən bazar araşdırması həmişə məhsulun gələcək uğuru barəsində açıq-aydın cavab təmin etmir. Düşüncə və təcrübələrindən istifadə etməklə alınmış datanı şərh etmək və mövcud imkanları vizuallaşdırmaq bazar araşdırması üzrə analitikin vəzifəsidir.
Araşdırmanın məzmunu və əsas faydaları
Marketinq araşdırması ideyanın və ya konsepsiyanın yoxlanılması, məhsulların sınanması, məhsul və xidmətin əsas xüsusiyyətlərinin müəyyən olunması, rəqabət mühitinin öyrənilməsi, alternativ məhsulların qiymətləndirilməsi, bazar ehtiyaclarının müəyyən olunması, rəqabətli qiymətin təyin olunması, əsas məhsul faydalarının müəyyən olunması və s. vacib məsələləri əhatə edir.
Məhsul inkişafı (dizaynı) araşdırmasında öyrənilməli əsas məsələlər:
- Rəqib məhsullar, onların qiyməti, xüsusiyyətləri, paylanması və bazar payı
- Yeni və ya modifikasiya olunmuş məhsulların qəbul edilməsi və ya edilməməsi ehtimalı
- Məhsulun istifadəsinin proqnozlaşdırılması
- Məhsulun uğuruna mane olacaq bariyer və təhlükələr
- Yeni məhsulun optimal qiyməti
- Paketləmə konsepsiyalarına qarşı reaksiya
- Müştəri faydaları
- Məhsul xüsusiyyətləri, qiymət, paketləmə və bənzəri məsələləri özündə ehtiva edən müxtəlif məhsul konsepsiyalarının yoxlanılması, məhsulun istifadəsinin proqnozlaşdırılması.