Qlobal menecment konsaltinq firması McKinsey tərəfindən aparılmış bir tədqiqatın nəticəsi göstərir ki, S&P 1500 indeksinə daxil olan (bura kiçikdən böyüyə qədər müxtəlif firmalar daxildir) orta şirkətdə 1% qiymət artımı, əgər satış həcmi sabit qalarsa, əməliyyat mənfəətində 8% artıma səbəb olur.
Satış həcminin və mənfəətin optimallaşdırılması üçün yaxşı düşünülmüş qiymət strategiyası çox vacibdir. Buna baxmayaraq firmaların böyük əksəriyyətinin formal qiymət strategiyaları olmur. Hər bir şirkət özünə bu sualı verməlidir: “Biz məhsullarımızı satışlardan maksimum mənfəət yaradacaq optimal qiymətəmi
Araşdırma haqqında
Qiymətin təyin olunması marketoloqların üzərinə düşən ən ağır vəzifələrdəndir. Əgər onlar qiyməti məhsul və ya ximətin qavranılan faydalılığından yuxarı təyin etsə ehtimal ki rəqabətdə uduzacaq və bazar payını itirəcək, əksinə əgər qiymət müştərinin məhsuldan aldığı faydadan aşağı təyin edilərsə o zaman, şirkət “masada” pul tərk etmiş olar və qazana biləcəyi maksimum mənfəətdən məhrum olar. Əlbəttə, aşağı qiymət əlavə tələbi sitimullaşdıra və şirkətin bazar payını artıra bilər. Ancaq, bir tərəfdən, bu bəzi psixoloji və davranış amillərinə görə həmişə doğru olmaya bilər, digər tərəfdən də aşağı mənfəətlə şirkət uzun müddətdə bazar payını, məhsul və xidmətlərin keyfiyyətini saxlamaqda uğursuz ola bilər. Təyin olunmuş qiymət istehlakçının məhsuldan aldığı faydaya ekvivalent olmalıdır. Qiymət və qavranılan faydalar arasındakı bu nisbət brendin, məhsul və ya xidmətin dəyərini müəyyən edir.
Təklif etdiyimiz qiymət araşdırması sizə ən optimal qiyməti təyin etməyə yardım edəcək. Araşdırma dizaynımız, analiz modellərimiz və tətbiq etdiyimiz mürəkkəb statistik texnikalar mənfəəti maksimumlaşdıran, dayanıqlı və rəqabətli qiymət strategiyası hazırlamağa imkan verir.
Araşdırmanın məzmunu və əsas faydaları
Qiymət araşdırması əsasən aşğıdakı istiqamətləri əhatə edir:
- Müxtəlif məhsul və xidmət elementlərinin qiymətləndirilməsi
- Məhsulun (xidmətin) istehlakçı dəyəri
- Rəqib məhsulların istehlakçı dəyəri
- Qavranılan qiymət
- Qavranılan faydalar
- Şüurlu və şüaraltı alış qərarları
- Müxtəlif məhsul konsepsiyalarının qiymətləndirilməsi
- Qiymət elastikliyi
- Qiymət ssenariləri üzrə marka seçimi və s.
Dəyərin ölçülməsini ikiqat vacib edən məsələlərdən biri də odur ki, biz məhsul və ya xidmətin müxtəlif elementlərinə verilən dəyəri bildiyimiz zaman istənilən qiymət artımına haqq qazandıran cəzbedici təklif hazırlaya bilərik.