Nəşr

Effektiv Gizli Müştəri Proqramları Dizayn Etmək

Araşdırmalardan əldə olunan nəticələr onların dizaynı qədər yaxşıdır. Yəni yalnız əvvəldən düzgün metodologiya və planlama ilə tərtib olunmuş araşdırmalardan effektiv nəticələr almaq mümkündür. Bu kitabça da gizli müştəri araşdırmalarının dizayn prosesi, planlanması və icrasında nəzərə alınmalı məsələləri əhatə edir. Bununla yanaşı ilk bölmədə gizli müştəri araşdırmaları ilə incə tanışlıq edilir.

Gizli müştəri araşdırması və ya proqramlarının reallaşdırılması prosesinə bizim yanaşmamız aşağıdakıları ehtiva edir:

- Daha məqsədli, dəqiq və sistemli araşdırmalar/proqramlar dizayn etmək;

- Daha səmərəli və keyfiyyətli icra prosesi;

- Unikal hipotezlər irəli sürmək, doğru analiz metodları seçmək, datadan daha etibarlı, tətbiq edilə bilən insayt və nəticələr almaq.