İstehlakçılar hər gün çoxlu sayda alış qərarları qəbul edirlər və alış qərarları marketoloqların səylərinin mərkəzində dayanır. Əksər böyük şirkətlər alış qərarlarını detallı öyrənmək üçün araşdırmalar aparır və bu suallara cavab tapmağa çalışır: İstehlakçılar nə alırlar? Haradan alırlar? Necə alırlar? Nə qədər alırlar? Nə vaxt alırlar? Nə üçün alırlar?
Araşdırma haqqında
Təklif etdiyimiz istehlakçı davranışları araşdırmamız brendin tanınmasından başlayıb təkrar alışlara qədər müştəri yolunun xəritəsini çəkməyə imkan yaradır.
Bütün təmas nöqtələrində müştəri təcrübələri təkmil kəmiyyət və keyfiyyət metodlarının köməyi ilə analiz olunur və alış qərarlarına, markaların istifadəsinə, təkrar alışa təsir edən əsas faktorlarla bağlı dəyərli nəticələr əldə olunur.
Araşdırmanın məzmunu və əsas faydaları
Alış qərarlarının necə və kim tərəfindən qəbul edildiyi, alış qərarlarına təsir edən funksional və pisixoloji amillər, məhsulların və markaların hansı xüsusiyyətlərinə görə seçildiyi, reklam və digər kommunikasiya növlərinin rolu və bənzəri məsələlər araşdırmanın vacib tərkib hissələridir.
İstehlakçı davranışları araşdırmamız istehlakçıları dörd geniş aspektdən nəzərdən keçirir.
- Məhsul və marka seçimi
- Alış qərarları
- Satınalma vərdişləri
- İstifadə vərdişləri