Brendlər canlı varlıqlardır və davamlı olaraq həm təsvir olunma formaları, həm də qavranılma formaları dəyişir.
Brendinizin şirkət hədəflərini izləməyini istəyirsinizsə siz də brendinizi izləməlisiniz. Bazarda, müştəri ehtiyaclarında, rəqiblərin fəaliyyətində və digər daxili və xarici mühitdə baş verən dəyişikliklər brend fərqindəliyinə, brend imicinə, brend qavrayışına, brend assosiasiyalarına, brendə qarşı münasibətə, loyallığa və s. təsir edir. Məhz bu səbəbdən brendin davamlı olaraq izlənməsi labüddür.
Araşdırma haqqında
Brend izləmə programı hazırlayarkən iki kriteriya diqqətə alınmalıdır:
- Hansı brend ölçüləri izlənəcək?
- Seçilmiş brend ölçüləri hansı tezliklə izlənəcək?
Brend izləmə proqramlarımız həm B2C, Həm də B2B bazarda həyata keçirilir. Bazarın növündən, brend ölçülərindən və s. asılı olaraq brend izləmə tezliyi dəyişir. B2B bazarda 12 ay, B2C bazarda isə 6 ay, 3 ay və s. ola bilər.
Araşdırmanın məzmunu və əsas faydaları
Seçilmiş brend ölçüləri brendin gücünü ifadə edən əsas göstəricilər olmalıdır. Buraya brend süzgəcinin (brand funnel) vacib komponentləri – Fərqindəlik, düşünmə, istifadə, səfirlik – ilə yanaşı, müştəri məmnuniyyəti, brend assosiasiyaları, brend imici və s. ölçülər daxildir.
Brend izləmə proqramları sizin hədəf müştərinizin reprezentativ seçməsi ilə yerinə yetirilir. Seçmənin ölçüsünün elə optimal şəkildə seçilməsini təmin edirik ki, araşdırmanın müxtəlif dalğaları arasındakı fərq real dəyişiklikləri əks etdirsin.