Sürətli rəqəmsallaşma biznesin bütün sahələrində yeni çağırışlar və imkanlar yaratmış, eləcə də analitika sahəsində, elmi və biznes araşdırmalarında yeni texnologiyalar və alətlərin yaranması ilə müşayiət olunmuşdur. 2019-cu ilə qədər dünya üzrə biznes və marketinq araşdırmalarının 30% -ni, kəmiyyət araşdırmalarının isə 40% - ini onlayn kəmiyyət araşdırmaları təşkil edirdi. ESOMAR – ın Global Marketinq Araşdırmaları Sənayesi Hesabatına (ESOMAR Global Market Research İndustry Report) baxdıqda hələ 2018-ci ilədək marketinq/biznes araşdırmalarının 57% -nin onlayn, avtomatik, elektron və rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilən araşdırmalar olduğunu görürük. Bunların təqribən 30% - i onlayn kəmiyyət araşdırmalarının, 27% -ni isə digər araşdırma alətlərinin payına düşür. Onlayn kəmiyyət araşdırmalarının da böyük hissəsi onlayn sorğu/araşdırma panellərində həyata keçirilir. Ehtimal ki, hazırki pandemiyanın təsiri ilə dijital və onlayn alətlərin payı əhəmiyyətli dərəcədə artacaqdır.
Onlayn panellər araşdırma prosesinə necə kömək edir?
Dünya üzrə marketinq araşdırmalarının 30% - i, kəmiyyət araşdırmalarının isə 40% - i onlayn kəmiyyət araşdırmalarıdır və payı hər növbəti il artır. Onlayn marketinq araşdırmalarının ən önəmli, əksər hallarda yeganə aləti onlayn araşdırma panelləridir. Praktikaya görə onlayn panellər ənənəvi üsullarla eyni bəzi hallarda daha yaxşı nəticələr verməsinə baxmayaraq, dəfələrlə sürətli və xərc-effektivdir. Onlayn araşdırma panelləri əksər hallarda məlumat toplamanın tək aləti olaraq istifadə olunur, bəzən isə digər alətlərə tamamlayıcı kimi dəstək olur.
Araşdırma.az (www.arasdirma.az) paneli bizneslərə hansı faydaları təklif edir?
- Araşdırma.az ümumi populyasiyaya və əksər sektorların hədəf populyasiyasına müvafiq respondentlərin paneldə təmsil olunmasını təmin edir. Yaradılmış biznes modeli sadəcə pul və ya hədiyyə olaraq mükafat qazanmaq istəyənləri yox, həmçinin yüksək gəlir səviyyəsinə malik olan insanları xeyriyyəçilik motivasiyası ilə panelə cəlb edir.
- Panel keyfiyyətli araşdırmalar etmək, həqiqi fikirləri ortaya çıxarmaq və real dünyada baş verən qərarvermə-alış prosesini simulyasiya etmək üçün ən müasir sorğu yaratma alətlərinə malikdir. Bundan başqa sorğu yaratma prosesini sürətləndirmək, düzgün ölçüləri və sualları seçmək üçün sual bankı, sektorlara və araşdırma növlərinə uyğun hazır sorğu paketləri təklif olunur ki, sadəcə üzərində kiçik dəyişikliklər etməklə bu sahədə tücrübəsiz olanlar belə mükəmmələ yaxın araşdırmalar dizayn edə bilər.
- Keçid məntiqi, Şərti məntiq və Şərti məntiq blokları ilə istehlakçılara ancaq onlara uyğun olan sualları göstərə bilərsiniz. Əvvəlki suallarda verilən cavablara görə sonrakı suallar dəyişə bilər. Məsələn, məmnuniyyət səviyyəsi yüksək olanlara başqa, aşağı olanlara başqa suallar ünvanlaya bilərsiniz. Bundan başqa sorğuların əvvəlində ələmə (filtr) sulları qoya bilərsiniz və beləliklə ancaq bu suallarda müəyyən cavabı vermiş respondetləri sorğuya cəlb etmiş olarsınız. Həmçinin müəyyən cavabları verən respondentlərlə sorğunu yarıda dayandıra bilərsiniz.
- İnterpolasiya, rotasiya və yuxarıda sadalanan məntiq növlərindən istifadə etməklə sorğuların respondentlərə görə fərdiləşdirilməsi mümkündür. Fərdiləşdirmə respondent yorğunluğunu, bezginliyini və təkrarçılığı azaltmaqla toplanmış datanın keyfiyyətini artırır və bizə lazım olan məlumatları ən dəqiq şəkildə əldə etməyə imkan verir. Məsələn, tutuq ki siz birinci sualda respondentin hansı çay markasından istifadə etdiyini soruşmusunuz. 20-ci sualda isə, məmnuniyyət qiymətləndirməsi aparmaq istəyirsiniz. Bu zaman 20-ci suala birinci sualın cavabını interpolasiya etməklə hər respondentin verdiyi cavaba görə həmin sualı avtomatik dəyişə bilərsiniz. Məslən, 1-ci respondent 1-ci sualda Beta seçibsə, 20-ci sual “Zəhmət olmasa, Beta çaydan nə dərəcədə məmnun olduğunuzu 0-10 ballıq şkala ilə qiymətləndirin.” şəklində, 2-ci respondent Final seçibsə, onun üçün eyni sual “Zəhmət olmasa, Final çaydan nə dərəcədə məmnun olduğunuzu 0-10 ballıq şkala ilə qiymətləndirin.” şəklində olacaq. Bu da proqramla respondentin “təbii ünsiyyətini” yaradacaq və araşdırmaçıya daha dəqiq və keyfiyyətli data verməklə yanaşı, respondentə də daha maraqlı təcrübə yaşadacaqdır.
- Araşdırma dizaynına və ölçülən göstəricilərə uyğun sual növlərinin seçilməsi çox vacibdir. Araşdırma.az alətlər dəstində 20-dən artıq sual növü var: Təkcavablı çoxseçimli suallar, Çoxcavablı çoxseçimli suallar, Matris və ya Cədvəl, Üçölçülü (3D) matris, Slayder, Siyahı (Drop-down), Sabit-cəm və ya bal bölüşdürmə şkalası, Sematik fərq şkalası, MaxDiff, Klassik Konjoint, Seçim Əsaslı Konjoint, Rənkinq, A/B testi, A/B şəkil testi, Mətn qutusu, Tarix/Vaxt, Ulduzla reytinq, Rəqəmlə reytinq, Net Promoter Score, Video testi və s.
- Konjoint sualları növü, xüsusilə Seçim Əsaslı Konjoint xüsusi proqram təminatı ilə dizayn olunur və bir neçə versiyadan ibarət anketlərdən ibarət olur. Məsələn, nümunə bir Konjoint araşdırması 30 versiyadan və hər birində 30 fərqli sualdan ibarət olmuşdur. Hər respondentə 30 suadan ibarət təsadüfi versiyalardan biri göstərilir. Bu halda ümumi sual sayı 900 olur. Demək olar ki, konjoint araşdırmalarında əksər hallarda sual sayı 100 – dən çox olur. Təbii ki, 900 sualı tək-tək yaratmaq çətinlik törədir. Məhz buna görə də Araşdırma.az – da Konjoint sual növləri üçün sualların Excel faylında yüklənməsi funksionallığı yaradılmışdır. Konjoint dizayn faylını Excel formatında sistemə yükləməklə 30 saniyə ərzində 900 və ya daha çox sualı yaratmaq mümkündür;
- Versiyalardan ibarət Konjoint anketlərinin avtomatik versiya idarəetməsi funksionallığı vardır;
- Hədəfləmə bölməsindən istifadə edərək hədəf kütlənizi yaş, gender, gəlir səviyyəsi, peşə-məşğuliyyət, yaşayış yeri, ailə vəziyyəti, təhsil səviyyəsi, iş statusu, davranışlar, maraqlar, həyat tərzi və s. faktorlar üzrə detallı olaraq təsbit edə bilərsiniz;
- Panel real-vaxtda araşdırma nəticələrinin analizini sizə təqdim edir. Açıq tipli suallarda isə sizə fərdi cavabların özünü göstərir. Analiz bölməsi BETA versiyadadır və növbəti mərhələdə Təbii Dil Analizi (NLP), münasibət analizi (sentiment analysis) kimi imkanlar əlavə ediləcəkdir. Araşdırma başa çatdıqdan sonra datanı “Excel” formatında endirərək həm açıq tipli sualları qruplaşdıra, həm də digər suallar üzərində daha dərin analizlər apara bilərsiniz;
- Məlumatların keyfiyyətini təmin etmək üçün araşdırma.az bütün mümkün imkanlardan istifadə edir. Hər istehlakçının yalnız bir unikal hesabının olmasını panelə girişdə telefon nömrəsi ilə təsdiqlədirik. Panel üzvlərinə müxtəlif mərhələlərdə verdiyimiz sualları çarpaz təhlil etməklə təqdim olunan məlumatların doğruluğunu və tamlığını yoxlayırıq. “Fraud detection” analizi aparmaqla hiylə edən və keyfiyyətsiz məlumatlar təqdim edən istehlakçılar paneldən uzaqlaşdırılır. Sorğuları tam, dəqiq və dolğun cavablandırmayan respondentlər kənarlaşdırılır. Sorğuların cavablandırılması keyfiyyəti ilə bağlı müəyyən etdiyimiz ölçülər avtomatik qeydə alınır və izlənilir.
- Ənənəvi olaraq hər sorğuda istehlakçıların demoqrafiyası ilə bağlı minimum 5-10 ədəd sual olur. Araşdırma.az panelində belə sulları sorğunuza daxil etməyə ehtiyac yoxdur. Büdcənizə qənaət etmək məqsədilə panel bu məlumatları avtomatik olaraq sorğunuzun nəticələrinə əlavə edir və buna görə ödəniş almır.
Daha professional, sürətli və xərc-effektiv araşdırmalar üçün arasdirma.az onlayn araşdırma panelini sınayın.
Oxşar məqalələr
Onlayn araşdırma panellərinin üstünlükləri və çatışmazlıqları
Araşdırma keysi: Onlayn marketinq araşdırmaları nə dərəcədə dəqiqdir?